Yaralı əsgərlər üçün yeni nəsil sarğı sistemi yaradılıb

221

ABŞ-ın hərbi-dəniz tədqiqatları idarəsinin alimləri əsgərlərin yaraları üçün nəzərdə tutulmuş yeni nəsil sarğı sistemini təqdim edib.

Yaralıların sağalması üçün ən yaxşı variant onları xəstəxanalara evakuasiya etməkdir. Lakin çox hallarda evakuasiya gecikərək günlərlə zaman apara bilər. Buna görədə döyüş vəziyyətlərində sarğı işləri həkimlərdən yüksək dərəcədə operativlik, diqqətlilik və təcrübə tələb edir. Bu prosesin əsas problemi müasir bintlərin yaraya keçə biləcək mikroblardan və uzun müddətə qanın itirilməsini dayandıra bilməməsidir. ABŞ-ın hərbi-dəniz tədqiqatları idarəsinin "Battelle” şirkəti ilə birlikdə əməkdaşlığı nəticəsində ACCSIL adlı yeni nəsil sarğı sistemi yaradılıb. "Technote.az”ın "Naked-science.ru”a istinadən verdiyi xəbərə əsasən yeni sarğı sisteminin yaradıcılarının sözlərinə görə sarğılar ağır yaralı əsgərlərin həyatlarını 72 saat ərzində qoruya biləcək.

ACCSIL iki hissədən ibarətdir. Sarğının xarici hissəsi istənilən bədən hissəsinin formasını təkrarlamaq üçün hazırlanıb. Beləliklə xarici hissə yaranı germetikləşdirməklə onu qan itirməsindən, bakteriyalardan qoruyur və temperaturu stabil şəkildə saxlamağa kömək edir. Sarğının daxili hissəsi isə yaranı nəm saxlayaraq ona lazımi kimyəvi elementləri, dərmanları və ağrıkəsiciləri ifraz etməyə imkan verir. Yeni nəsil sarğıların önümüzdəki bir neçə il ərzində döyüş şəraitində test edilməsi planlaşdırılır. Əgər sarğı testlərdən uğurlu keçərsə onda onu ABŞ hərbi qüvvələrində istifadə edəcəklər.