main-post-cover

    Yaxın 10 il ərzində Yer kürəsini böyük problemlər gözləyir

    07.05.2017
    Farid Pardashunas

    Yaxın 10 il ərzində Yer kürəsini ekoloji fəlakət gözləyir.

    Alimlər bu bəyanatı onunla əlaqələndiriblər ki, iqlimin 1 dərəcə isinməsi belə, ciddi fəsadlara yol açıb. Əsasən genlər və orqanizmin fizioloji vəziyyəti dəyişir. Alimlər tədqiqat apararaq müəyyən ediblər ki, ekoloji proseslərin 80%-i müxtəlif ekosistemlərdə dəyişikliklərin olmasına gətirib çıxardıb. Mütəxəssislər istisna etmirlər ki, gələcəkdə olacaq tempetur dəyişiklikləri bizim planetə ciddi təsir göstərərək böyük ekoloji fəlakətlər yarada bilər. Elmi nümayəndələrin məlumatlarına əsasən mütəmadi qlobal istiləşmə, Yer kürəsinin daxilindəki okeanları məhv edir. Yer kürəsinin dərinliklərində yerləşən böyük su kütləsi miqdarı hər 100 ildən bir azalır. Belə ki, nəmişlik, atmosferin yuxarı qatlarına çataraq buxarlanır. Suyun yox olmasına həmçinin insanların fəaliyyətləri də təsir göstərir. Beləliklə insanlar öz fəaliyyətləri ilə bizim planetimizin canlı təbiətinə böyük zərər vururlar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər