Yaxşı rəhbərlərin işçilərinə hiss etdirmədən etdikləri 7 şey
Digər
07.05.2017
Farid Pardashunas
İşçi
olmaq çətindir amma rəhbər olmaq çox daha çətindir. Gün sonunda bütün yük, rəhbərlərin
çiynindədir. Təbii ki, bu sadəcə yaxşı rəhbərlərə aid ediləcək cəhətdir. Rəhbərinizin
yaxşı bir rəhbər olduğunu anlamaq üçün də aşağıda qeyd etdiyimiz 7 məqama diqqət
etməlisiniz. Yaxşı rəhbərlər, yaxşı olduqlarını göstərə-göstərə bildirmir; sizə
bunu hiss etdirmədən edirlər.
Sizdən "Hər şey qaydasındadır?” deyə soruşar
Düşünün,
rəhbəriniz sizdən bu sualı neçə dəfə soruşdu?
Yaxşı bir rəhbər, bu sualı sizin həqiqətən yaxşı olub-olmadığınızı öyrənmək
istədiyi üçün soruşar. Bəli normalda onun işçisisiniz; ancaq bu sualı
soruşduqda rəhbər-işçi münasibəti bir müddətliyinə dayanar. İki dost dərdləşməyə
başlamışdır.
İşiniz xaricindəki maraqlarınızla əlaqədar sizi cəsarətləndirər
Yaxşı
rəhbərlər, sizin həyatınızın sadəcə işdən ibarət olmadığını bilir. İşinizi sevməyiniz
vacibdir amma təbii ki hobbiləriniz var və hobbilərinizi də sevəcəksiniz. Yaxşı
rəhbərlər bunu bilər. Öhdəlikləriniz qədər hobbiləriniz haqqında da sizinlə
danışar və motivasiyanızı yüksəldər.
Sizi başa düşdüyünü sizə hiss etdirər
Münasibətin
tək tərəfli olmadığını hiss etdirər. Danışmalı olduğunuz halda sizə söz haqqı verər,
dedikləriniz doğrudursa sizi təsdiqləyər, uyğun görmədisə mənfi məqamları açıq
olaraq bildirər. Hərkəsin söz haqqı olduğu bir mühit yaradar.
Böyük uğurlar qədər kiçik uğurları da təqdir edər
Yaxşı
rəhbərlər, sadəcə böyük uğurların arxasıyca qaçmaz; kiçik uğurları da böyük bir
sevinclə qarşılayar. Çünki kiçik uğurların böyük qazancları gətirəcəyini çox
yaxşı bilər. Böyük uğur gətirməyəcək bir hərəkət olsa belə, işçisinin motivasiyasını
yüksəldər.
Bir şeylər öyrətmək üçün vaxt ayırar
Yaxşı
rəhbərləri digərlərindən ayıran ən böyük məqam, bir işin necə ediləcəyini demək
əvəzinə onu göstərməsidir. Digər rəhbərlər, heçnə etmədən hərşeyin mükəmməl
olmasını istəyirlər. Yaxşı bir rəhbər, komandanın bir parçasıdır və komandanı
öyrətmək üçün əlindən gələni əsirgəməz.
Sözlə pendir gəmisi yeriməz.
Bir qədər
əvvəl də qeyd etdiyimiz kimi, yaxşı rəhbər deməz, edər. Bu sadəcə işi öyrətməklə
sərhədlənmir; eyni zamanda işi görməklə də əlaqəlidir. Komanda liderliyi kənarda
oturub əmr yağdırmaqdan daha artığıdır. İşin bir hissəsini yüklənib, altından
qalxmağı bacarmalıdır.
İşçilərinin nə qədər yaxşı işlər ortaya çıxardıqlarını bilmələri üçün yollar axtarar
Yaxşı
rəhbər demək sadəcə maddi qazanc demək deyil, yaxşı bir rəhbər insanları da
qazanmağı biləndir. Yaxşı rəhbər işçilərinə və iş ortaqlarına investisiya edər,
onların öyrənməsi, böyüməsi və nəticə olaraq uğurlu olması üçün bir çox fürsət
yaradar. Yaxşı rəhbərlər ətrafındakıları daha yuxarı pillələrə daşımağa çalışar
və onların hədəflərinə çatmalarına kömək edər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)