main-post-cover

    Yemək yeyərək ayda 10.000$ pul qazanırlar

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Cənubi Koreyada insanlar sadəcə yemək yediyi zaman çəkdiyi videolarla 10.000$ pul qazanırlar

    Cənubi Koreyada insanlar yemək yeyərək pul qazanırlar. Nə qədər təəccüblü olsa da, bu doğrudur. Cənubi Koreya hər zaman öz texnoloji yenilikləri ilə dünya gündəmində olmağı bacarıb. Amma bu dəfə qarşılaşdığımız bu xəbər daha fərqli və maraqlı səslənir. İnsanlar 3 saat ərzində yemək yeyir və bunu YouTube kanalllarında yayımlayırlar. Koreyada bu videolar çoxlu sayda insanlar tərəfindən maraqla izlənir. Hətta bu kanal sahibləri ayda 10.000$ pul qazana bilirlər.
     

    Səbəb nədir?

    Bu videolara olan marağı araşdırdıqda çox maraqlı nəticələr ortaya çıxır. Belə ki, ilk olaraq izləyici kütləsini nəzərə aldıqda, burda pəhriz saxlayan insanlar çoxluq təşkil edir. Pəhriz saxlayan şəxslər yeyə bilmədikləri yeməkləri həmin insanlar yedikdə izləyir və bu onlara mənəvi rahatlıq verir. İkinci səbəb isə Cənubi Koreya çox inkişaf etmiş bir yer olsa da insanlar yalnızlıqdan əziyyət çəkir. Bunun mövzuya nə aidiyyatı var deyə düşünə bilərsiniz. Amma məsələ burasındadır ki, yalnız yemək yeyən insanlar YouTube kanalını quraraq yemək yeyirlər. Bu isə onların özlərini daha rahat hiss etmələrinə səbəb olur. Bir növ özlərini daha az yalnız hiss etmiş olurlar. Hətta bir çox insan yemək saatını YouTube-da fəaliyyət göstərən həmin şəxslərə görə təyin edir.
     

     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər