main-post-cover

    Yeni Apple AirPods haqqında bilməli olduqlarınız

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Dünən keçirilmiş iPhone 7 və Apple Watch 2 təqdimatı çərçivəsində "Apple” şirkəti yeni naqilsiz AirPods qulaqlıqlarını da təqdim edib.

    IPhone 7 qulaqcıqları
    Şirkət mühəndislərinin fikrincə qulaqlıqların konstruksiyası musiqi dinləməni daha asan və komfortlu edəcək. Apple W1 prosessoru vasitəsilə AirPods qulaqlıqları musiqini naqilsiz şəbəkə vasitəsilə ötürərək yüksək keyfiyyətli səs təmin edir və bazardaki digər rəqiblərdən daha uzun müddət enerji yığmadan işləyə bilir. Bununla yanaşı yeni qulaqlıqlar Siri funksiyasını da dəstəkləyir. AirPods bir toxunuşla ayarlanaraq avtomatik şəkildə cihaza qoşulur. Qulaqlıq, istifadəçi onu qulağından çıxardığı anı başa düşür və avtomatik şəkildə işini dayandırır. AirPods eynilə iPhone, Apple Watch, iPadMac-la yaxşı uyğunlaşır.
    IPhone 7 Plus qulaqcıqları
    AirPods-un bütün funksiyalarının arxasında məhz bu cihaz üçün hazırlanmış W1 prosessoru durur. Həmin prosessor naqilsiz qoşulmanı təmin edərək problemsiz şəkildə AirPods-a çalışmaq imkanını yaradır. Məhz W1 prosessorunun sayəsində cihazın enerjisi bazardakı digər rəqiblərə nisbətən daha gec bitir. Bir dəfə enerji yığandan sonra siz 5 saat ərzində musiqiyə qulaq asa bilərsiniz. Şirkətin bildirdiyinə görə bu bazarda ən yaxşı göstəricidir. Naqilsiz şarj keysi vasitəsilə isə qulaqlıqlardan 24 saat ərzində istifadə etmək mümkündür. Keysdə 15 dəqiqə ərzində yığılmış enerji sayəsində 3 saat musiqi dinləmək mümkündür. Qeyd edək ki, AirPods qulaqlıqları ayrı şəkildə satılacaq. iPhone 7 və iPhone 7 Plus modellərinin komplektinə isə Lightning girişli EarPods qulaqlıqları daxil olacaq.
    IPhone 7 Plus qulaqcıqları
    IPhone 7 qulaqcıqları

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər