main-post-cover

    Yeni ekzoplanetlər kəşf edilib. Yad həyat forması 10 il ərzində aşkar edilə bilər

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Yer kürəsindən 49 işıq ili uzaqlığında yerləşən Trappist-1 ulduzu yaxınlığında şəraiti Yer-ə bənzəyən iki ekzoplanet aşkar edilib. Alimlər güman edirlər ki, aşkar edilmiş ekzoplanetlərdə həyat mövcud ola bilər. Bunu müəyyən etmək üçün isə 10 il vaxt lazımdır. Alimlərin güclü radioteleskoplar vasitəsilə tapdıqları ekzoplanetlər ulduzdan elə bir məsafədə yerləşirlər ki, onların səthində suyun varolması üçün hər bir şərait mövcuddur. Quruluşlarına görə onlar Venera, Yer və Mars-a bənzəyirlər. Yaxın müddət ərzində alimlər hər iki planetin atmosferini spektral analiz vasitəsilə müşahidə etməyi planlaşdırırlar. Onlar planetlərin səthində canlı orqanizmlərin yaşayış tərzləri nəticəsində yaranan qazları aşkar etməyi ümid edirlər. Massaçusets Texnologiya İnstitutundan olan Julien de Wit qeyd edib ki, planetlər haqqında ətraflı məlumatlar 2018-ci ildə Webb Space Telescope-un işə salınmasından sonra əldə olunacaq. 5-10 il ərzində alimlər aşkar edilmiş planetlərdə həyatın var olub olmayacağını müəyyən edə biləcəklər. Atmosferlərin müşahidəsi üçün isə daha 10-25 il vaxt lazım olacaq. "Əgər həmin planetlərdə həyat varsa o çox qeyri-adi olmalıdır” – deyə Julien de Wit bildirib. Buna baxmayaraq planetlərdə hansı növ canlıların olduğunu müəyyən etmək heçdə asan olmayacaq. Bunlar ya bakteriya yada ki, şüurlu canlılar ola bilərlər. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər