Yeni God Of War-dan 8 dəhşətli və maraqlı fakt
Digər
07.05.2017
Farid Pardashunas
God of War oyun seriyasının yeni hissəsinin anonsu E3 2016 sərgisinin
ən yadda qalan hadisələrindən biri oldu. Sony öz press-konfransı zamanı oyunun
çox dinamik gameplay demosunu oyunçulara təqdim etdi. Həmin gameplay videodan
yeni oyunun çox dəyişikliyə sahib olduğu göründü. Hətda indiyənə kimi 10 dəqiqəlik
videoya baxmış pərəstişkarlar gameplay demoda olmuş vacib detalları görməyə bilərlər.
NeoGaf istifadəçiləri təqdim olunmuş gameplay videodakı maraqlı detallar
haqqında məlumat vermiş, Eurogamer portalı isə həmin məlumatlar əsasında video
hazırlamışdır.
1. Oyunun gameplay demosu Kratosun oğlunun oyuncaqlar ilə
oynamasından başlayır. Kratos onu evə çağıran zaman uşaq ayağa qalxır və evə tərəf
gedəndə ayağı ilə yerdə olan digər bir oyuncağı (at) vurur. İlk baxışdan
oyuncaq at heçnə ilə fərqlənmir. Lakin oyuncağa diqqətlə baxanda görmək olar
ki, onun çox qalın və iri bədən hissələri var. Güman olunur ki, həmin oyuncaq
tanrı Odin-in səkkiz ayaqlı atı Sleipnir-dir. Skandinaviya mifologiyasına əsasən
Odin Sleipnir ilə birlikdə cəhənnəmə tez-tez səyahət edə bilirdi.
2. Növbəti maraqlı detal birinci qeyd etdiyimizdən dərhal sonra
gəlir. Uşaq evə daxil olan zaman ondan solda nəsə qızılı əşya görmək olar. Həmin
hissəni işıqlandıran zaman məlum olur ki, həmin qızıl əşya Kratos tərəfindən God
of War 3 oyununda əldə olunmuş Hermes-in ayaqqabısıdır.
3. Digər bir maraqlı detalı Kratos ilk düşmənlər ilə
qarşlaşandan sonra görmək olar. Videodakı kadrların birində göydə uçan qəribə
varlığı görmək mümkündür . Həmin qəribə varlıq Kratos və onun oğlunu izlədikdən
sonra uçub yox olur. Hələki qəribə məxluqun kim olduğu bilinməsə də bir çoxları
güman edirlər ki, həmin varlıq bir neçə ay bundan öncə internetə sızdırılan
fotolardakı varlığa bənzəyir. Çox güman ki, həmin varlıq skandinaviya mifologiyasında
yeraltı dünyanın sahibi və Loki-nin qızı Hel-dir.
4. Kratosla birgə adı gizli saxlanılan oğlu trol ilə döyüşən
zaman uşağın kim olduğu barəsində daha bir maraqlı detal ortaya çıxır. Belə ki,
həmin döyüş zamanı uşaq trola elektrikli ox atır. Bu səbəbdən bir çoxları
düşünür ki, uşaq əslində Thor-un (skandinaviya mifologiyasında ildırım və
fırtına tanrısı) özüdür. Digərlərinin fikrincə isə uşaq Thor-un ögey oğlu
Ullr-dir (ov tanrısı). O həm qılıncı həmdəki yayı yaxşı idarə edən ov
tanrısıdır. Qeyd edək ki, Ullr-ın anası məhsuldarlıq ilahəsi Sif-dir. Lakin
Ullr-in atasının kim olduğu bilinmir. Bəlkədə studiya bundan istifadə edərək
Kratosu Ullr-in atası kimi qələmə verib. Lakin bu sadəcə bir fərziyyədir.
5. Daha sonra Kratos oğlu ilə birlikdə ayağından asılmış və
öldürülmüş trol bədəni görür. Baxmayaraq ki, o görünən yerdə əks olunub bir çox
oyunçular onu görməyə bilərlər. Ayağından asılmış və öldürülmüş trol kimlər
üçün isə qida mənbəyi olub. Bir neçə ay bundan öncə oyun haqqında internetə
sızdırılmış fotolarda həmin yer "quldurların düşərgəsi” adı ilə
adlandırılmışdı. Lakin həmin quldurlar demoda nəzərə çarpmır. Görünür videoda
Kratosun döyüşdüyü trol öldürülmüş trolun qisasını quldurlardan alıb.
6. Öz oğlu ilə yoluna davam edən Kratos böyük canavar ilə
qarşılaşır. Canavar isə öz növbəsində onlardan qorxaraq qaçır. Güman olunur ki,
oyunun hansısa hissəsində Kratos böyük canavarlar sürüsü ilə döyüşəcək. Böyük
ehtimal ilə bu gedişlə studiya skandinaviya mifologiyasında Loki-nin oğlu böyük
canavar Fenrir-ə diqqət ayırıb.
7. Təqdim olunmuş demo videoda daha bir qəribə varlığı görmək
mümkündür. Növbəti uçan qəribə məxluqu quldurların düşərgəsinin yanında görmək
olar. Hələki bilinmir həmin varlıq kimdir. Lakin güman olunur ki, o Valkirye-dir.
Skandinaviya mifologiyasında Valkirye döyüş meydanında ölmüş döyüşçülərin
ruhlarını alaraq Valhalla-ya yollayır. Varlığın adi uçan pəri də olması
ehtimalı böyükdür.
8. Gameplay demonun sonuna yaxın kadrların birində arxa fonda
ağacların arasında buz bağlamış gölü görmək olar. Məsələ burasındadır ki, o
heçdə göl deyil. Həmin kadrı yaxınlaşdıran zaman məlum olur ki, o əslində sürünən
canlının dərisidir. Bir çoxlarının fikrincə canlı Loki-nin ortancıl oğlu ilan
Jormungand-dır. Skandinaviya mifologiyasında Jormungand Ragnarok vaxtı Thor tərəfindən
öldürülmüşdür.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)