Yeni, innovativ Bank Kartı ilə artıq kart fırıldaqçılıqlarına tamamilə son qoyulacaqdır!

397

İki Fransız bankı "Société Générale" və "Groupe BPCE", Motion Code adı verilən bir xüsusiyyətə sahib kartlarını təqdim etdi. Oberthur Technologies tərəfindən hazırlanmış bu xüsusi kartın ən vacib özəlliyi üzərində bir ekranın mövcud olmasıdır. Bu kiçik ekranda, kartın arxa tərəfində yer alan 3 rəqəmli CVV kodu yazılır. 

Motion Code texnologiyası vasitəsilə 3 rəqəmli kod hər bir saatdan bir dəyişərkən, ultra incə bir litium batareya ilə işləyir. Dəyişən kod, beləcə xüsusilə online alışverişlərdə fırıldaqçılığa, cardingə mane olmaq və online xərcləmələrdə daha təhlükəsizlik kartların istifadəsinə şərait yaratmaq məqsədi ilə hazırlanıb.
E-kağız texnologiyasının istifadə edildiyi bu ekran, yaratdığı CVV kodlarını göstərir. Societe Generale, bu yeni kartı üçün illik 12 dollarlıq ödəniş tələb edir. Qısası bank müştəriləri bu kartı istəmələri halında əlavə bir maliyyətə də razılaşmalı olurlar. Ancaq bu müasir kartın üstünlüyü və verdiyi təhlükəsizlik vədi bir çox istifadəçi üçün cazibədar gələ bilər. 
Bank, kartı bazara çıxartmadan əvvəl Visa logolu olaraq dinamik CVV ekranına sahib kartlarını tam 500 müştərisinə paylayıb və bəzi testləri tamamlayıb.