main-post-cover

    Yeni kamera sayəsində insanlar ulduzların yaranmasını müşahidə edə biləcəklər

    07.05.2017
    Farid Pardashunas

    Arizona Universitetinin mütəxəssisləri, TolTEC adlı  həddindən artıq həssas kamera hazırladıqlarını elan ediblər.

    Bu kamera vasitəsilə ulduzun yaranmağını izləmək mümkün olacaq. Kainatdakı ulduzlar çox parlaq işıq ifraz edirlər. Lakin həmin işığın çox hissəsi ulduzlararası toz vasitəsilə udulur. Bundan sonra işıq yenidən ifraz edilir. Lakin bu dəfə bu hadisə digər dalğa uzunluğunda baş verir. Bu dalğa uzunluğu isə insan gözü tərəfindən qəbul olunmur. Mütəxəssislərin sözlərinə görə TolTEC adlı yeni kamera məhz bu yeni dalğa uzunluğunu müşahidə edəcək. TolTEC-in istehsalı 3 il vaxt aparacaq. Onun ölçüsü kiçik avtomobil ilə bir tutulur. Kameranı Meksikada yerləşən Böyük Millimetr Teleskopuna quraşdırılması planlaşdırılır. Bu, dünyanın ən böyük hərəkətli reflektora sahib radioteleskopudur. TolTEC layihəsi artıq Beynəlxalq Elmi Fond tərəfindən 6 milyard dollar investisiya alıb. Kamera ilə çəkilişin ilk mərhələsi 2 il ərzində davam edəcək. Onlar ümid edirlər ki, kamera ilə ulduzun yaranmasını müşahidə edə biləcəklər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər