Yeni "Mad Max"dan ilk məlumatlar

224

Corc Miller (George Miller) "Mad Max 4: Fury Road” filminin prequel hissəsi üçün hazırlıqlara başlayıb. Məlumata əsasən film "Mad Max: Wasteland” adlanacaq və keçmiş filmdəki aktrisa Şarliz Teron-un personajı Furioza-ya həsr olunacaq. Nəzərə alsaq ki, Tom Hardi-nin "Warner Bros.” studiyası ilə müqaviləsi var, onun da filmdə rol alacağı ehtimalı çox böyükdür. Filmin çəkilişlərinin bu ilin sonunda start götürəcəyi güman olunur. Qeyd edək ki, "Mad Max 4: Fury Road" keçən il böyük ekranlara çıxmışdır. Film bir çoxları tərəfindən bəyənilsə də gəlir baxımından uğursuz olmuşdur.