Yeni məhsulları sınaqdan keçirən iFixit-dən yeni MacBook Pro-a ölüm hökmü

249

"iFixit” portalının mütəxəssisləri yeni MacBook Pro modelini hissələrə ayırıb onu incələyərək pis nəticəyə gəlib çıxıblar.

Belə ki, zədələnmiş halda yeni model MacBook Pro-nu təmirə aparmaq mənasızdır. Müxtəlif cihazların təmir olunma mümkünlüyünü yoxlayan iFixit bu dəfə 13 inç ekranan sahib MacBook Pro-nu sınaqdan keçirdib. İlk öncə qeyd etmək lazımdır ki, keçən ilki kompüterdən fərqli olaraq yeni modeldə batareya 25% kiçilmişdir. 3.5 mm audio giriş hissəsi isə modul şəklində olmuşdur. Noutbookun gələcəkdəki yenilənmiş versiyalarda həmin giriş Lightning və ya USB Type-C ilə əvəz oluna bilər. Prosessor və RAM platanın üzərinə quraşdırılıb. Beləliklə onları digərləri ilə dəyişdirmək çox qəliz məsələdir. SSD sərt diski çıxarıla biləndir. Lakin onu, digər bir xüsusi Apple sərt diski ilə əvəz etmək mümkündür. Ekran və şüşə bir-birilə birləşdirilmişdir. Ekranı dəyişmək üçün gərək bütün panel dəyişilsin. Nəticə olaraq yeni MacBook Pro təmir olunma reytinqinə görə iFixit-dən 10 xaldan yalnız 2 xal almışdır. Belə ki, yeni modeli demək olar ki, təmir etmək mənasız və ya çox bahadır.