main-post-cover

    Yeni model MacBook Pro-nun fotoları anonsdan öncə sızdırılıb

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Bir neçə gün bundan öncə təqdim edilmiş macOS Sierra 10.12.1 sistem yenilənməsində yeni MacBook Pro-nun fotoları aşkar edilib.

    Qeyd edək ki, 27 Oktyabr, yəni sabah "Apple” şirkətinin keçirəcəyi təqdimatda yeni model MacBook Pro-lar təqdim olunacaq. Sızdırılmış fotolarda yeni nəsil MacBook Pro-nun əsas özəlliyi diqqət çəkir. Belə ki, standart klaviaturanın yuxarı hissəsində ensiz sensorlu ekran yerləşdirilib. Həmin sensorlu ekran çox güman ki, standart funksiyaları yerinə yetirən klaviatura düymələrini əvəz edəcək. "Technote.az"ın "Ferra.ru"a istinadən verdiyi xəbərə əsasən sensor ekran Magic Toolbar adını ala bilər. Fotolardan birində barmaq izi skanı vasitəsilə məhsul alımı barəsində Apple Pay servisində dialoq təqdim edilib. Çox güman ki, barmaq izi skanı Touch ID noutbook-un yanrıdıb/söndürmə düyməsinə inteqrasiya olunacaq. İlkin məlumatlara əsasən sabahki tədbirdə 13 və 15 inç-lik MacBook Pro modelləri təqdim olunacaq.

     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər