main-post-cover

    Yeni Moto Z Play-in ilk fotosu sızdırıldı

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    MWC 2017 sərgisində "Lenovo” şirkəti, Moto Z seriyasının gələcək modelləri üçün maraqlı aksessuarlar təqdim etmişdi.

    Lakin həmin aksessuarların təqdimatı zamanı heç kim yeni model smartfonun fotosuna fikir verməmişdi. Sözügedən yeni model smartfon hələ rəsmi olaraq təqdim olunmayıb. Barselonada anons olunmuş Moto G5G5 Plus kimi yeni model smartfonun fotosundan da görmək olar ki, o, dairəvi künclərə sahib "Home” düyməsi ilə təchiz olunub. Həmin düymənin üstündə isə brendin adı əks olunub. Ön kamera öz işıqlandırma sisteminə sahibdir. Məlumata əsasən fotoda əks olunmuş yeni smartfon, Moto Z seriyasının ikinci nəslidir. Lakin onun hansı model olduğu haqqında dəqiq məlumat yoxdur. Çox güman ki, həmin smartfon, Moto Z Play-in yeni nəsil davamçısıdır. Qeyd etmək lazımdır ki, Moto Z seriyasının təqdimatı 2016-cı ilin İyun ayında olmuşdu. Əgər "Lenovo” öz smartfonlarında Snapdragon 835 prosessorundan istifadə etmək fikrindədirsə, onda yeni modellərin yay fəslindən tez təqdim olunacağını gözləmək mənasızdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər