Yeni nəsil partlamayan velosiped şini (VİDEO)

80

Canyon Crawler, partlayan velosiped şinlərinə son verəcək layihələrinə dəstək gözləyir.

Gözəl bir gündə velosipedlə yol gedərkən kefinizi qaçıracaq ən rahatsız edici səbəblərdən biri partlayan bir şinlərdir. Nexo TiresEver Tires layihəsi tamda bu problemi tamamilə aradan qaldırmaq üzrə ortaya çıxdı. Üç nəfərdən ibarət Canyon Crawler qrupu Amerikada bir velosiped dükanı işlədirlər. Müştərilərinin qarşılaşdığı şin problemlərinə son vermək üçün yola çıxan bu dostlar ortaya qoyduqları partlamayan şin proyektiylə Kickstarter-dən dəstək gözləyirlər.


İçərisində nə hava, nə də şambrel olan Nexo və Ever Tires modellərində, asan forma almaları və məqsədə uyğun istehsalı ilə və aşağı istehsal dəyərinə sahib olmasıyla bilinən polimer yer alır. Çöldən baxıldığında birə-bir şin görünüşünə sahib olan şinlər, uşaq velosipedlərindən başlayaraq hər cür yetkin velosiped modellərində istifadə edilə bilər və 15 dəqiqə içərisində taxıla bilər. Nexo Tires və Ever Tires, standart velosiped şinlərində ümumi olaraq ifadə edilən 5.000 km-lik istifadə dəyərinin əksinə, 8.000 km-ə qədər istifadəçisinə xidmət verə bilir.

Canyon Crawler qrupunun Nexo və Ever Tires layihəsinə bu linkdən baxa bilərsiniz.