main-post-cover

    Yeni Nokia 6 smartfonu, 1 dəqiqə ərzində satış rekorduna imza atdı

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Bir zamanlar məşhur olmuş "Nokia” brendinin geri qayıdışı, rekorda imza atmaqla baş tutdu.

    Belə ki, uzun müddət fasilədən sonra brendin təqdim etdiyi yeni Nokia 6 smartfonu rekord müddətdə satılıb. Görünür yeni smartfona olan tələbat bütün gözləntilərdən yüksək olub. Rəsmi olaraq CES 2017 sərgisində təqdim olunmuş Nokia 6, ən yüksək performanslı smartfon deyil. Bununla yanaşı onun qiyməti də baha deyil. 26 Fevral tarixində təqdim olunması gözlənilən Nokia 8 və digər modellər daha maraqlı olacaqlar. Bununla belə istifadəçilər Nokia 6-nı gözləyir və istəyirdilər. Bir çoxları səbrsizliklə bu məşhur brendin bazara qayıtmasını gözləyirdi. Smartfon yalnız Çin bazarı üçün nəzərdə tutulub və ilk olaraq JD.com saytında satışa çıxıb. Satışa çıxmazdan öncə onu almaq istəyən insanların sayı 1 milyona çatıb. Belə ki, məhz bu qədər insan, smartfonu almaq üçün saytda qeydiyyatdan keçib. Cihazın ilk partiyası isə 1 dəqiqə ərzində satılıb. İkinci partiyanın satış tarixini isə JD.com saytı hələ açıqlamayıb.
    Linki kopyala