main-post-cover

    Yeni Nokia Modeli "Nokia 216" Təqdim edildi.

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Bir çox insan Nokianın üstün xüsusiyyətlər təklif edəcək yeni Android telefonunu gözləyərkən "Microsoft" bir sürpriz etdi və Nokia 216 Modelini təqdim etdi.

    Microsoft bugün bir sürpriz etdi və yeni Nokia 216 modelini rəsmi olaraq elan etdi. Çox uyğun qiymətə bir telefon almaq istəyən və gözləntiləri də buna görə olan istifadəçilərə xitab edəcək Nokia 216; qara, yaşıl və ağ olmaq üzərə üç fərqli rəng seçimi ilə gəlir.
    2.4 inç ekranda QVGA keyfiyyət təqdim edən cihaz, Opera Mini brauzerinə sahib Series 30 əməliyyat sistemini istifadə edir. Nokia 216, üzərindəki klavişlərlə günümüzün ağıllı telefonlarından olduqca fərqli olsa da, modelin xoş göründüyü açıqdır.
    Arxa tərəfindəki səsgücləndiriciləri və 3.5 mm jack girişi ilə MP3 dinləməyə də imkan tanıyan telefon, tətbiq mağazası vasitəsilə bəzi tətbiqlərdən də istifadə şansını verir. 
    Son vaxtlarda Lumia modelləri ilə axtardığını tapmayan "Microsoft", hələlik telefonlar tərəfdə bu cür uyğun qiymətli cihazlar ilə bazardan çıxmamağa çalışır.
     
     
    Linki kopyala