main-post-cover

    Yeni Nokia-nın qiyməti və performansı haqda məlumat verildi

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Hər kəsin maraqla gözlədiyi Nokia haqqında hər keçən gün məlumatlar yenilənməkdədir. Şirkət HDM Global ilə Nokia adını daha irəli səviyyəyə daşımaq niyyətindədir.

    Mərkəzi Finlandiyada yerləşən HDM Global-ın CEO-su Arto Nummela, Economic Times-a verdiyi müsahibədə Nokia-nın yeni telefonu haqda maraqlı açıqlamalar edib. O, Nokia-nı layiqincə təmsil edəcəklərini açıqlayıb.
    Nummela, Nokia üçün geniş bir məhsul portfoliyası tətbiq edəcəklərini və qlobal bazarlara yayılaraq, rəqiblərinə nəzərən daha ciddi strategiya ilə çıxış edəcəklərini bildirib. Bunun üçün geniş qiymət planlaması etdiklərini və hər sosial statusa xitab edəcək qiymət təyin edəcəklərini vurğulayıb.
     
    CEO həmçinin rəqiblərini izlədiklərini və yenidən bazara giriş edərkən daha uğurlu olmaq üçün keyfiyyət və təhlükəsizliyi əsas prinsip olaraq göz önünə alacaqlarını açıqlayıb.
    Nummelanın sözlərinə görə istifadəçilərə təqdim edəcəkləri yeni telefon onların gözlədiyindən daha yaxşı olacaq.
    Güclü rəqibləri olduğunu yaxşı anlayan şirkət qiymət və performans baxımından önə çıxmağı hədəfləyir. Bundan əlavə onu da qeyd edək ki, şirkətə Google tərəfindəm dəstəklənir.
    Linki kopyala