main-post-cover

    Nokia düyməli telefonlar ilə yenidən bazarda! 16 MB "RAM"lı Nokia 1187

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Mobil Telefon dedikdə ağla ilk gələn brend olan Nokia, ağıllı telefonların ortaya çıxması ilə məşhurluğunu itirdi və hissələrini "Microsoft" tərəfindən alınmağa məcbur oldu.
    İmzalanan müqavilələrin sona çatdığı bu günlərdə iki yeni Android model hazırlığı içərisində olan Nokia, ən yaxşı olduğu sahədə də yeni bir model üzərində işləyir.
    Kod adı RM-1187 olan yeni model, klassik, düyməli Nokia dizaynına sahibdir. Çox daha təvazökar xüsusiyyətlərə sahib olan model, 2.4 inç böyüklüyündə 240x320 piksel keyfiyyətində bir ekrana sahibdir.
    16 MB RAM və 64 GB-a qədər əlavə artırıla bilinən 16 MB daxili yaddaşın olduğu Nokia RM-1187, gücünü 1025 mAh batareyadan alacaq. Bu batareya bizə çox kiçik görünsə də bu tip bir modeldə bir həftə qədər dözəcək bir şarj ömrü əldə edilə bilər.
    2.5G dəstəkləyən Nokia RM-1187, 118x50x13.5 mm ölçülərində və 82.6 qram ağırlığındadır. Həm ön həm arxa tərəfində kamerası olan mobil telefon, arxa tərəfində CMOS sensor və LED flash-a da sahibdir.
    Ağ və qara rəng seçimlərinin mövcud olacağı modelin nə vaxt təqdim ediləcəyi və qiymətləndirilməsinin necə olacağı hələ ki bilinmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər