main-post-cover

    Yeni "Nokia" telefonun qiyməti dəqiqləşdirildi!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Sektora geri qayıtmağa hazırlaşan "Nokia"nın Android əməliyyat sistemli yeni cihazının qiyməti bilindi.

    AndroidiOS cihazlarının sürətli yüksəlişindən sonra fasilə perioduna girən, daha sonrasında isə sektorda daha çox dayana bilməyərək "Microsoft"un tərkibinə qatılan "Nokia", bildiyiniz kimi "Microsoft" ilə olan müqaviləsini yekunlaşdırmış və yenidən mobil cihaz sektorunda öz markası ilə qayıtmaq üçün işlərə başlamışdı.
    Qarşıdakı ilin ilk aylarında sektora təkrar addım atmağa hazırlaşan "Nokia", "HMD Global" adlı firmanın dəstəyini arxasına alaraq bu işi reallaşdıracaq.

      
    Technote.az olaraq "Nokia"nın yeni ildə çıxardacağı cihazlar haqqında artıq bir neçə dəfə sizlərə məlumat vermişdik amma heç birində dəqiq bir qiymət bildirməmişdik. Nəhayət ki o detalı da dəqiqləşdirə bildik. "HMD" CEO-su Arto Nummela, "Nokia"nın Android əməliyyat sistemli yeni telefonları haqqında verdiyi bir digər reportajda, cihazların qiymətləri haqqında da detalları paylaşdı.

    D1C adı ilə gələcək olan Nokia cihazı, 2GB və 3GB RAM seçimi olmaq üzrə iki fərqli formada təqdim ediləcək. Cihazın 2GB RAM-lı modelinin qiyməti 150 dollar, 3GB RAM-lı modelinin qiyməti isə 200 dollar olacaq. Təbii ki, bu qiymətlər hələ Nokianın başlanğıcda olduğunun bir işarətidir. Telefonun xarakteristikalarına da baxdığımızda bu vəziyyəti anlamaq olur:

    1.4GHz Snapdragon 430 prosessor
    Adreno 505 GPU
    2GB / 3GB RAM
    Android Nougat 7.0 əməliyyat sistemi
    5 / 5.5-inç, 1080p ekran
    16GB daxili yaddaş
    13 / 16MP arxa kamera
    8MP ön kamera

    Nokia D1C-nin Fevral ayında keçiriləcək MWC 2017 tədbirində təqdim edilməsi gözlənilir. 
    Linki kopyala