main-post-cover

    Yeni sosial media trendi (+18)

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas

    İnternet istifadəçiləri One Finger Challenge adlı yeni flashmoba start veriblər.


    Bu flashmob çərçivəsində istifadəçilər öz çılpaq bədənlərinin intim yerlərini barmaqları ilə gizlədərək fotolarını çəkirlər. 9gag portalının məlumatına əsasən bu trend Asiyanın sosial şəbəkələrində Sky-Freedom adlı rəssamın məşhur olan fotosundan sonra başladı. Həmin fotoda çılpaq qız uzadılmış barmağı ilə güzgüyə baxaraq əks olunub. Bir neçə gün ərzində qızlar bu tərzdə minlərlə fotolar çəkib Instagram səhifələrinə yerləşdirmişdilər. Instagramda hətta onefingerchallengeofficial adlı səhifə də yaradılıb. 28 Noyabr tarixində isə istifadəçilər kütləvi şəkildə boz idman şalvarında fotolar çəkib #Greysweatpantchallenge hashtag-i ilə sosial şəbəkələrə yükləyiblər. Bunun isə səbəbi bəzi insanların idman şalvarı geyinərkən cinsi orqanlarının görünmələridir.

    Linki kopyala