main-post-cover

    Yeni texnologiya Wi-Fi-ın sürətini artıracaq

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Artıq mobil telefonlar və planşetlər üçün daha sürətli bağlantı imkanı yeni Wi-Fi standartı olan WeGig, növbəti ildən istifadə olunmağa başlayacaq. Bu texnologiya bizə nə vəd edir?

    Bu sayədə çox geniş diapazonlu naqilsiz əlaqə imkanına qovuşacaq mobil cihazlar, VR oyunlarının da naqilsiz istifadəsinə şərait yaradacaq. Başqa sözlə, virtual reallıq eynəkləri naqillərdən azad olacaq.
    VR eynəkləri mövcud vəziyyətdə işlək halını stabilləşdirmək üçün PC-yə bağlı olmalıdır. Bunun üçün isə naqillərə ehtiyac mövcuddur, amma WeGig sayəsində naqilsiz olaraq həyata keçirəcəyiniz məlumat transferi naqillərə ehtiyacı ortadan qaldıracaq.

    WeGig mövcud Wi-Fi standartının sürətini 2 dəfə artıracaq. Amma təəssüf ki, bu texnologiyanın bağlantı məsafəsi daha qısa olacaq. 33 metrlik mənzilə sahib texnologiyanı istifadə etmək üçün yeni nəsil cihazların bazara çıxmasını gözləmək tələb olunur.
    WeGig ilə birlikdə bu texnologiya ilə uyğun olan 802.11ad Wi-Fi standartı da dövrəyə girəcək. Mövcud 802.11ac standartı 4.5 Gbps sürət limitinə sahibkən, 802.11ad ilə simsiz məlumat transferi 8 Gbps-a çıxacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər