Yeni virus növü bütün kompüterlər üçün təhlükəlidir

400

"Kaspersky Lab" tərəfindən ortaya çıxarılan yeni virus növü bütün əməliyyat sistemləri üçün təhlükə mənbəyidir

Artıq viruslar nəinki kompüterlərə, həmçinin elektron cihazlara da təsir etməyə başlayıb. TheHackerNews-un verdiyi məlumata görə, zərərli proqramlara qarşı etdiyi çalışmalarla diqqət çəkməyi bacaran "Kaspersky" yeni bir virus növünü ortaya çıxarıb. Bu virus digərlərindən fərqli olaraq bütün əməliyyat sistemləri üçün təhlükə mənbəyidir. C++ proqramlaşdırma dili ilə yazılan virus, troyan virusunun sahib olduğu bütün xüsusiyyətləri özündə saxlamaqla yanaşı, bütün əməliyyat sistemlərinə mənfi təsir göstərə bilir. Hacker ilə qarşı tərəf arasında AES-256 tip şifrələmə həyata keçirən virus, hackerin təyin olunmasını mümkünsüz edir. Virusun kimlərə təsir etdiyi bilinməsə də, istifadəçilərə mənfi təsirini nəzərə almamaq olmur.