Yenilənmə gözləmədən, “WhatsApp”a gələcək olan iki fərqli xüsusiyyəti indidən istifadə edin!
Sosial Media
07.05.2017
Farid Pardashunas
WhatsApp-a gələn Giphy dəstəyi sayəsində artıq çox daha rahat formada GIF axtarış edilə biləcək və göndərilə biləcək.
WhatsApp,
daha əvvəldə istifadəçilərin bir birinə GIF göndərə bilməsi üçün fərqli
imkanlar istifadəyə vermişdi. Bunlardan birincisi, videoları GIF olaraq dəyişdirib
göndərmə xususiyyəti idi. Sonra telefonlarda olan GIF-lər göndərilməyə başlanıldı. Daha
sonra isə GIF tətbiqinə axtarış dəstəyi gəlmişdi.
Ancaq artıq WhatsApp-ın Android versiyasını istifadə edənlər,
çox daha rahat bir formada GIF axtara biləcək və göndərə biləcəklər. Bu xüsusiyyəti ilə birlikdə WhatApp-ın mətn qutusunda ki emosiya işarəsinə toxunduğumuz
da, alt tərəfdə emosiya və GIF arasında keçid etməyinizə şərait yaranır . GIF
ekranına gəldiyimizdə isə ekranda görünən GIF-lər arasından seçim edə bilər və
ya bir açar söz ilə GIF axtarışı edə bilərsiz. Whatsapp-dakı
bu yeni GIF xüsusiyyətinin Giphy tərəfindən dəstəkləndiyini söyləyək.
WhatsApp-dakı
digər dəyişiklik də, eyni vaxtda şəkil
göndərilmə sayını artırması oldu. Daha əvvəl bir şəxsə WhatsApp üzərindən bir səfərdə 10-dan daha çox şəkil və video göndərmək olmurdu . Yeni xüsusiyyətlə birlikdə
bu say 30-a yüksəldi. Bu yeni iki xüsusiyyəti istifadə edə bilmək
üçün, WhatsApp-ın 2.17.6 beta versiyasını istifadə etməyiniz
lazımdır. APKMirror sayt-ı üzərindən WhatsApp-ın bu versiyasını yükləyərək bu iki yeni xususiyyəti istifadə edə bilərsiz.
Ancaq biz yenə də Google Play Store–un beta proqramına qoşularaq WhatsApp-ın
bu versiyasını yükləməyinizi ya da paylaşılacaq olan yenilənməni gözləməyinizi
tövsiyyə edirik.
Linki kopyala
Həftənin xəbərləri
Süni zəkanın köməyilə yaradılmış dərman insanlar üzərində test edilir
TikTok-un ABŞ-da qadağan edilməsinə hədəflənmiş qanun rəsmi səviyyədə dəstəklənib