Yer kürəsində yeni buz dövrü nə zaman baş verəcək?

314

İnsanlar yeni buz dövrü üçün hazırlaşmalıdırlar.

Belə ki, müxtəlif ölkələrdən olan alimlərin hesablamalarına görə yeni buz dövrü artıq 2030-cu ildən başlayacaq. "Qış yaxınlaşır” – deyə dünyanın bir çox klimatoloqları qeyd edirlər. Lakin dünyanın bir çox yerlərində buzlaqların əriməsi prosesi getdiyi bir vaxtda yeni buz dövrünün yaranması probleminin səbəbi nədir? Əsas məsələ günəş aktivliyinin mərhələlərindədir. Belə ki, əslində bütün Yer kürəsi canlıları üçün enerji mənbəyi olan Günəş, müəyyən mərhələlərə tabedir. Məhz 2030-cu ildə hal-haızrki mərhələ başa çatacaq və yenisi başlayacaq. Həmin mərhələ dəyişkənliyi isə Yer kürəsindəki yeni buz dövrü ilə və digər qlobal təbiət dəyişiklikləri ilə müşaiyət olunacaq. Lakin alimlərin qeyd etdiklərinə görə qorxmağa ehtiyac yoxdur. Belə ki, buz dövrü irimiqyaslı olmayacaq. Pis ehtimalda soyuq hava şəraiti 70 il davam edəcək. Ondan sonra isə temperatur tədricən normal vəziyyətə qayıdacaq. Buna oxşar soyuq hava şəraiti Avropada 1645-1715-ci illərdə müşahidə olunmuşdur. İndiki imkanların olmadığı həmin vaxtda insanlar sağ qalmağı bacarıblarsa deməli müasir insanlar da bunu bacaracaqlar.