Yer kürəsinə bənzəyən yeni ekzoplanet aşkar edilib (VİDEO)

884

Astronomlar Yer kürəsinə bənzər daha bir ekzoplanet aşkar ediblər.

Yer kürəsindən 40 işıq ili uzaqlığında və qırmızı cırtdan ulduzun ətrafında fırlanan ekzoplanet, Günəş sistemindən kənarda həyat axtarışı üçün ideal vaiant ola bilər. Aşkar edilmiş yeni ekzoplanet, LHS 1140 ulduz sistemində yerləşir. Sözügedən ekzoplanet, Yer kürəsindən daha böyükdür və çox güman ki, öz atmosferinin böyük bir hissəsini qoruyub saxlayıb. "Bu ekzoplanet, son 10 il ərzində gördüyüm ən maraqlı ekzoplanetdir. Biz hesab edirik ki, bu planet Yer kürəsindən kənarda həyat varlığının sübutu üçün ideal variantdır” – deyə tədqiqatçılardan biri qeyd edib. Astronomlar, sözügedən ekzoplanetin yaşını 5 milyard il kimi qiymətləndirirlər. Onlar həmçinin müəyyən ediblər ki, aşkar edilmiş yeni ekzoplanetin diametri Yer kürəsindən 1.5 dəfə, kütləsi isə 7 dəfə böyükdür. Bu isə o deməkdir ki, yeni ekzoplanet daha yüksək sıxlıqa sahibdir. Aşağıdakı videoda Yer kürəsindən yeni kəşf olunmuş ekzoplanetə ola biləcək kosmik səyahət əks olunub.