main-post-cover

    Yerdənkənar sivilizasiyanın siqnalı əldə edilib

    07.05.2017
    Farid Pardashunas

    Rusiya xüsusi astrofizika laboratoriyasının HD164595 ulduz sistemindən göndərilmiş yerdənkənar sivilizasiya siqnalını əldə etdiyi güman olunur. Bu barədə həvəskar astronom Pol Gilster bildirib.

    Siqnal 15 May 2015-ci il tarixində Rusiya radioteleskopu RATAN-600 vasitəsilə müşahidə olunub. Lakin bu barədə məlumatı astronomlar indi yayıblar. Müəmmalı siqnalın təsviri haqqında məlumatlar Gilsterin əlinə keçib. "Technote.az”ın "Hi-tech.mail.ru” saytına istinadən verdiyi xəbərə əsasən Gilster həmin məlumatları incələyib və siqnalın həqiqətən də yerdənkənar sivilizasiyaya aid olduğu qənaətinə gəlib. Siqnal adi pulsar və Ay-dan 8-10 dəfə daha parlaq idi. O yalnız bir dəfə göndərilib. Yəni təkrar olunmayb. Siqnalın yüksək gücü bəzi suallar doğurur. Bir tərəfdən bu xüsusiyyət onun adi səs nasasızlıqları tərəfindən əmələ gəlmə ehtimalını aradan qaldırır. Digər tərəfdən hər yerə siqnal ötürən hər hansı bir ötürücü cihaz bu cür siqnalı göndərə bilməzdi.
    Alimlərin fikrincə siqnal günəş enerjisini mənimsəmiş sivilizasiya tərəfindən göndərilib. HD164595 bizim Günəşin analoqu olub Yer kürəsindən 95 işıq ili uzaqlığında yerləşir. Ulduzun yanında alimlər "isti neptun” adını verdikləri ekzoplanet aşkar etmişdilər. Planetin kütləsi Yer kürəsinin kütləsindən 16 dəfə böyükdür. O öz ulduzu ətrafında 40 gün ərzində tam dövr edir. Alimlər bu cür planetdə və ya onun peyklərində həyatın olmasına şübhə ilə yanaşırlar. Lakin rusiyalı astronomlar HD164595 üzərində nəzarətin saxlanması üçün astronomlara çağırış ediblər. Yerdənkənar Sivilizasiya Axtarış İnstitutunun (SETI) iki komandası 29 Avqust tarixində müşahidələrə başlamışdırlar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər