Yerli avtomobil icarə platforması - "Lendock" tam yeni dizayn və funksionallıq ilə təqdim edildi

858

Lendock nəqliyyat vasitələrinin (NV) icarəsi platformasıdır. Bu platformadan istifadə edərək həm icarəyə maşın götürmək, həm də icarəyə maşın verməklə pul qazanmaq mümkündür.

Bir çox insan maşın icarəyə götürmək üçün çoxlu sayda axtarışlar etmək məcburiyyətində qalır. Bu həm vaxt itkisi, həm də daha sərfəli icarə yerləri tapmaqda çətinlik mənasına gəlir. Bundan əlavə müştəri icarə qiymətləri və hansı tarixlərdə icarə üçün uyğun vaxt olacağını bilmək üçün rent a car şirkətləri ilə bir-bir əlaqə saxlamağa məcburdur. Belə çətinliklərdən can qurtarmaq istəyənlər Lendock platformasının təqdim etdiyi xidmətdən istifadə edə bilər. Yenilənmiş platformanın istifadəsi indi çox asandır. Belə ki, istənilən istifadəçi ona rahat olan dil seçimi edərək axtarış həyata keçirə bilər. Sayt 3 dildə fəaliyyət göstərir: Azerbaycan, İngilis və Rus dillərində.


Həmçinin istifadəçi icarəyə götürmək istədiyi avtomobildə yer alan avadanlıqlarla da tanış ola bilər. Məsələn, siz avtomobildə uşaq oturacağının, CD diskin, kondisonerin, GPS naviqator və ya digər əlavələrin olması haqda məlumat ala bilərsiniz. Bundan əlavə avtomobilin hansı məqsədlə istifadəyə uyğunluğu da öz əksini tapmaqdadır.

 

Yəni avtomobilin biznes klas, ekonom klas və ya gəlin maşını olaraq istifadə olunacağı haqda məlumat verilir.


Yenilənmiş sayt sizə avtomobiliniz haqda məlumatları daha asan daxil etməyə şərait yaradır. Maşınınızı Lendock-da icarəyə verərək əlavə gəlir əldə edə bilərsiniz. Beləliklə, Lendock 2.0 -da təqdim olunan əsas yeniliklər aşağıdakılardır:

  • Yenilənmiş dizayn
  • Istifadə sürəti
  • Avtomobillərin rahat əlavə olunması
  • 2 yeni dil: English və Русский
  • Yeni istifadəçi profili