main-post-cover

    Yerli istehsal mobil oyun, Azərbaycan, Türkiyə və Rusiya bazarında 2 milyon yüklənmə sayını keçdi

    Digər
    07.05.2017
    Farid Pardashunas
     
    "Mobilla" tərəfindən hazırlanan "Yeni Milyonçu" oyunu Azərbaycan, Türkiyə və Rusiya bazarlarında toplam 2.000.000 yüklənmə sayını keçərək, gündəlik 100.000 aktiv istifadəçiyə çatdı.

    Hamımıza yaxından tanış olan "Kim Milyonçu olmaq istəyir?" yaxud "Milyonçu" adı ilə tanıdığımız TV intellektual yarışması mobil platformalarda həvəskarları ilə görüşür. Bir müddətdir Azərbaycan bazarında kifayət qədər məşhurluq əldə etmiş "Yeni Milyonçu" oyunu, son statistika və məlumatlara görə Azərbaycan bazarından sonra Türkiyə və Rusiya bazarlarında istifadəçilər üçün təqdim olunub. "Mobilla" tərəfindən hazırlanan yerli oyunların hər 3 bazarda yüklənmə statistikası 2.000.000-u keçib. Şirkətdən alınan digər məlumata görə isə hal-hazırda oyunu gündəlik aktiv olaraq 100.000-dən çox insan istifadə edir.

    İlkin olaraq Android platforması üçün 2000-dən çox sualın yer aldığı "Yeni Milyonçu" oyunu Azərbaycan bazarında təqdim olunmuşdu. Hal-hazırda isə oyun təqribən 500.000 oyunçu tərəfindən yüklənib. Potensial olaraq Türkiyə bazarını hədəf alan oyunun yaradıcıları, oyunun Türk dilli versiyasını da təqdim ediblər. Türkiyə bazarı üçün "Yeni Milyoner" adı altında təqdim olunan bu intellektual oyun, hədəf aldığı bazarda 1.000.000-dan çox yüklənib.

    Azərbaycan və Türkiyə bazarında kifayət qədər uğur əldə edən oyunun hal-hazırki hədəf bazarılarından biri də Rusiya bazarıdır. Oyun "Новый Миллионер 2017" adı ilə həm iOS, həm Android ƏS-ləri üçün artıq 3 aydır Rusiya bazarında sınaqdan keçirilir. Hal-hazır ki, statistikalara görə oyunun yüklənmə sayı təkcə Rusiya bazarı üçün 500.000-dən çoxdur. 


    Mobilla.biz - rəsmi saytında bütün ölkələr üçün "iOS" və "Android" ƏS-lərinə uyğun olaraq oyunların yükləmə linki yerləşdirilib. Əlavə olaraq şirkət, yerli və xarici bazar üçün "Riyazi Milyonçu", "Dini Milyonçu", "İngilis dili və Milyonçu", "Milyonçu Sürücü" intellektual oyunlarını da təqdim edib.


     
    Linki kopyala