main-post-cover

    Yerli sosial şəbəkə Kvotter-in açıq beta tətbiqi artıq Play Store-da!

    Digər
    07.05.2017
    Farid Pardashunas

    Oxuduğunuz kitablardan bəyəndiyiniz sitatları paylaşmaq üçün nəzərdə tutulmuş Kvotter mobil sosial şəbəkəsinin Android telefonlarında hərkəsə açıq BETA versiyası istifadəyə verilmişdir. Kvotter-in verdiyi məlumata əsasən, bu mərhələdə istifadəçilərə aşağıdakı yeni funksiyalar təqdim edilib;

    - Facebook və Google+ vasitəsi ilə də sistemdə qeydiyyatdan keçmək, daxil olmaq mümkündür.
    - Kvot paylaşdığınız mənbələrin yaddaşda saxlanılması təmin edilib.
    - İstənilən "Kvotların” ŞƏKİL formatında Facebook, Instagram, Twitter, Pinterest və digər platformalar vasitəsilə paylaşma imkanı yaradılıb.
    - Dostların dəvət edilmə funksiyası ilə kvot mühitinizi daha da genişləndirə bilərsiniz.
    - Və ən əsas artıq GALLERY-dən şəkillərin götürülməsi də mümkün olacaq ki, daha əvvəl yaddaşda saxladığınız kitab və ya mətn şəkillərini kvot olaraq paylaşa biləsiniz.

    Kvotter tətbiqini Android smartfonunuza yükləmək üçün bu linkə daxil ola bilərsiniz. Qeyd edək ki, yaxın zamanda iOS üçün də tətbiqin təqdim olunması gözlənilir, Android istifadəçiləri isə bu tətbiqdən artıq yararlana bilərlər.
    Kvotter Azərbaycanlı gənc təşəbbüskarlar tərəfindən hazırlansa da qlobal bazarı hədəfləyir. Bundan öncə Yeni Fikir 2016 və SeedStars Baku müsabiqələrinin qalibi olmuş startap, Sentyabr ayında San-Fransisco-da keçiriləcək TechCrunch Disrupt tədbirində iştirak edərək, qlobal bazara çıxış üçün investorlar ilə görüşlərdə olmuşdu və Technote facebook səhifəsində sizə bu tədbirdən canlı olaraq yayım da edilmişdi. Bundan başqa 2017-ci ilin Aprel ayında İsveçrədə keçiriləcək SeedStars World tədbirində Azərbaycanı təmsil edərək, 500 min dollar uğrunda mübarizə aparacaq.

     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər