Yerli startap "Buket.al", Yaxın Şərq və Şimali Afrika bazarı hədəfindədir

775

Online buket sifarişini həyata keçirən yerli platforma "Buket.al" Azərbaycan bazarından sonra Yaxın Şərq və Şimali Afrika ölkələrini hədəfləyir.


Azərbaycan startap bazarında yaşanan son canlanmalardan sonra "Buket.al" - online buket sifarişi saytı, iddialı bir şəkildə bazara daxil olur. Gül satışını həyata keçirən mağazalar ilə, buket əldə etmək istəyən insanlar arasında vasitəçilik edən platforma, "Uber", "Airbnb" məntiqi ilə "marketplace" startap modelinə sahibdir. Saytın təməl məntiqi gül və buket satışını həyata keçirən iri mağazalar şəbəkəsi ilə alıcıları bir araya gətirərək, sifariş zamanı istifadəçiyə ən yaxın gül dükanını təyin etməkdir. Beləcə, buket sifarişi olunan zaman ən yaxın mağazaya sorğu göndərilir, 5 dəqiqə ərzində sorğunu satıcı qəbul etməzsə, o zaman mövcud sifariş digər bir satıcıya yönləndirilir.
 
1 yanvar tarixindən fəaliyyətə başlayan platformada hal hazırda 300-dən çox buket yer almaqdadır. Bakı və Gəncə şəhərlərinə pulsuz çatdırılma xidmətini təklif edən buket.al eyni zamanda sifarişləri cəmi 2 saat müddətində alıcıya çatdırmağı öz öhdəsinə götürür. Platforma pulsuz çatdırılma, təhlükəsiz ödəniş, dünyanın istənilən yerindən sifariş xüsusiyyətləri ilə ön plana çıxır. Əlavə olaraq qeyd edək ki, yerli banklarla əldə etdikləri razılığa əsasən platformadan dünyanın istənilən məntəqəsindən sifariş edə bilərsiniz. Belə ki, əgər siz xarici ölkədə yaşayırsınızsa və Azərbaycanda olan bir şəxsə buket hədiyyə etmək istəyirsinizsə, xarici kartlarla ödəmə edib, sifarişi həyata keçirə bilərsiniz.

Saytda yerləşdirilən etiketlər vasitəsilə siz büdcənizdən, məqsədinizdən və kimə buketi göndərmək istəyinizdən asılı olaraq filtirləmə xüsusiyyətindən istifadə edə bilərsiniz. Azərbaycan bazarında fəaliyyətə başlayan "Buket.al"-ın hal-hazır ki, əsas məqsədi qısa zamanda Yaxın Şərq və Şimali Afrika ölkələrinin bazarına daxil olub, bu xidməti adı çəkilən regionlarda təklif etməkdir.
 
Technote izləyiciləri üçün isə xüsusi "technote" kuponunu təqdim edirik. "Buket.al" saytından edəcəyiniz sifarişlər zamanı kupon kodu olaraq "technote" kodundan istifadə etməklə 5 AZN endirim qazana bilərsiniz.