Yerli Youtube mədəniyyətini kökündən dəyişəcək kanal - ZehinX

3503
Azərbaycanda mövzu youtube olduqda bir çoxlarımızın düşündüyü, türk serialları, meyxana videoları, "vine"lar ya da hansısa yerli kanaldan olan verlişin təkrarı kimi videolar düşünülür. Bu mövzuda yerli youtube izləyicilərinin zövqünü nəzərə alsaq elə meyxana videolarına və "deyişmələrə" gələn milyonlarla baxış sayı sanki Azərbaycanda heç vaxt "youtuber"lik inkişaf etməyəcək deyə bir təsəvvür yaradır. Hər ay yerli "youtuber"lər tərəfindən açılan maarifləndirici, əyləncəli və yaxud oyun icmalları kanalları qısa müddət sonra fəaliyyətini dayandırır. Yerli "make-up" kanallarını çıxmaq şərtilə çox az youtube kanalı var ki, onların daimi yerli izləyiciləri mövcud olsun. "Make-up" videolarının da baxılma səbəbini yəqin ki, özünüz bilirsiniz. 

Belə bir vəziyyətdə insanları maarifləndirən, onlara kitablar haqqında qısa icmallar təqdim edən və buna kifayət qədər enerji, vaxt və maliyyə sərf edən bir youtube kanalı düşünün. İlkin olaraq ağlınıza gələn - "onsuzda Azərbaycanda heç kim maarifləndirici videolara baxmır" belə bir cümlə olacaq. Amma bütün bu gözləntiləri çox qısa zaman ərzində məhv edən və özünə kifayət qədər izləyici toplayan bir kanaldan bəhs etmək istəyirik. Yəqin ki, artıq bir çoxlarınız hansı kanaldan yazacağımızı bildi. Bəli, söhbət son günlərin ən çox baxılan və haqqında ən çox danışılan kanalından "ZehinX"dən gedir.

Fuad Əliyev adlı youtuberin "ZehinX" adlı facebook səhifəsi və youtube kanalında yayımladığı motivasiya və biznes kitablarının icmalları qısa zamanda ölkəmizdə üst səviyyə kütlənin maraq dairəsində olmağı bacardı. Cəmi 12 video ilə youtube kanalında 14.000 abunəyə, facebook səhifəsində isə 35.222 izləyici sayına çatan ZehinX tam sürətlə yoluna davam edir. Qısacası Azərbaycanda mümkünsüzü əldə etməyə yaxın olan youtuberin hər gün izləyici sayı artmaqdadır. Bəzi videolar facebook sosial şəbəkəsində 100.000-dən çox izlənmə sayına çatıb.

Bəs Fuad Əliyev bunu qısa zamanda necə bacardı? Kanalın bu qədər izlənməsinin səbəbi nə idi? Əgər bu nüanslar sizə maraqlıdırsa aşağıdakılara diqqətlə nəzər salın:

- Bütün videoların səs və görüntü keyfiyyəti üst səviyyədə hazırlanlır.

- Danışanın səsi və istifadə etdiyi sözlər, uzun videoları izləyərkən izləyicinin yorulmamasına səbəb olur.

- Doğru hədəf kütlənin seçilməsi

- Videoların reklamı üçün büdcənin ayrılması

- Gördüyü işin həqiqətən faydalı olması

Siz də bu məqaləni oxuyanda düşünə bilərsiniz ki, bu məqalənin özü belə sifarişli reklamdır. Amma bu belə deyil. Azərbaycanda bizim sahədə fəaliyyət göstərən və həqiqətən faydalı iş görən insanlara həmişə dəstək olmuşuq və bu məqaləmizlə də sizi, bu kanalın izləyicisi olmağa çağırırıq. Youtube kanalına buradan abunə ola bilərsiniz. Əlavə olaraq "ZehinX" kanalından seçdiyimiz 5 ən maraqlı videonu sizlərə təqdim edirik.