YouTube 2016-cı ilin Ən Yaxşı Reklamlarını Seçmək Üçün Səsvermə Keçirir.

08.05.2017 0 PAYLAŞIM 5253 OXUNMA
TECHNOTE @technote TECHNOTE logo icon

YouTube və The Webby Awards  6 kateqoriyada 5 namizədlə ilin ən yaxşı reklam çarxlarını seçmək üçün səsvermə keçirir. 

Keçən il olduğu kimi bu il də YouTube və The Webby Awards 2016-сı ilin ən yaxşı reklamlarını seçmək üçün səsvermə başlatdı. Hər gün səs verərək ən sevdiyiniz reklamın və ya reklamların qazanmasına dəstək ola bilərsiniz. Səsvermə, bu iş üçün açılmış xüsusi YouTube Ads Of The Year saytında keçirdilir və müəyyən bir müddət (bugündən etibarən 5 gün qaldı) davam edəcək.
#theYouTubeAdThat etiketini istifadə edən səsvermədə 6 kateqoriya üzrə seçim edilir. Hər kateqoriyada da 5 namizəd var. Kateqoriyalar və hər kateqoriyadan 1 filmi sizlərə təqdim edirik, digərləri ilə isə YouTubeAdsOfYear saytından tanış ola və səs verə bilərsiniz.  

#theYouTubeAd That takes a stand
 Daha yaxşı sabahlara inam yaradan reklam çarxları  
 

#TheYouTubeAd That Puts Stars In Your Eyes 
 Məşhurlardan istifadə edən reklam filmləri 
  
 #TheYouTubeAd That is Your Guilty Pleasure
Uşaqlar, pişiklər, quşlar və gizli-gizli izləyib zövq aldığımız şeyləri əks etdirən reklam çarxları
 
#TheYouTubeAd That Goes Straight To The Heart
 Ürəyimizə toxunan, bizi hisslərimizə qapılmağa vadar edən reklam çarxları 
 
#TheYouTubeAd That Knows No Limits
Sərhəd tanımayan, bugünün böyük reklamları
 
#TheYouTubeAd That Says It In Six
6 Saniyədə dərdini başa salan, qısa və əsaslı reklam çarxları