main-post-cover

    YouTube-a pornoqrafik videoların yüklənməsini mümkün edən sistem boşluğu aşkar edilib 18+

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas

    İnternet piratçılar YouTube-da vacib sistem boşluğu aşkar ediblər.

    Həmin sistem boşluğu vasitəsilə onlar məşhur videoservisə pornoqrafik videolar yerləşdiriblər. Belə ki, piratçılar böyüklər üçün nəzərdə tutulmuş saytlardan videoları kopyalayıb onları YouTube-a, Google serverləri vasitəsilə yükləyirlər. Bundan sonra isə həmin videoları public-dən yığışdırırlar. "Technote.az"ın "Lenta.ru"a istinadən verdiyi xəbərə əsasən bu üsul, şirkət tərəfindən bloklanmağın və gələcəkdə bu cür materialların yenidən yüklənmə qadağasının qarşısını alır. ABŞ-ın Dreamroom Productions adlı pornostudiyasının sözlərinə əsasən onlar tez-tez bu cür saytlardan qeyri-leqal video yayılması ilə qarşılaşırlar. Əksər hallarda isə bir çox mənbələrə yayılmış videoları pozmaq mümkün olur. Lakin getdikcə bu cür videoların aşkar edilməsi çətinləşir. Bundan əlavə olaraq blok olunandan sonra belə piratçılar həmin videoları yeni linklər ilə yerləşdirirlər.
     
    Linki kopyala