main-post-cover

    YouTube-a video yükləyənlər üçün yeni funksiya gəlir

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    İstifadəçiləri video portalda uzun müddətə saxlamaq üçün YouTube, servisə video yükləyənlərə yeni funksiya təqdim edir.

    Deməli End Screens adlı yeni funksiya videonun sonuncu 5-20 saniyəsinə mobile-friendly iikonlarını əlavə etməyə imkan verəcək. Həmin ikonlar isə istifadəçini müəllifin digər videolarına, kanalına və ya tərəfdaşın videolarına yönəldəcək. Həmçinin reklam məqsədli müəyyən mənbələrin linklərini də əlavə etmək imkanı olacaq. Daha əvvəllər videolara linklər əlavə etmək üçün müəlliflər Annotations adlı tətbiqdən istifadə edirdilər. Artıq buna ehtiyac yoxdur. "Buna artıq ehtiyac yoxdur. Belə ki, yeni End Screens-ləri yaratmaq həm çox asandır, həmdə onların köməkliyi ilə müəlliflər mobil və web versiyalarda daha çox baxış sayı yığa biləcəklər” – deyə bildirilib. Özündə sayca 4 element daşıya biləcək ikonu videonun son 5-20 saniyəsi ərzində istənilən yerdə yerləşdirmək olacaq. Oxu ikona yaxınlaşdıran zaman o genişlənərək daxilində olan linklər barəsində daha ətraflı məlumatları əks etdirəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər