main-post-cover

    YouTube çox çətin vəziyyətdədir! Ən böyük reklamverənlər YouTube-dan çəkilirlər!

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas

    Keçdiyimiz günlərdə yaşanan reklam qalmaqalı səbəbindən YouTube-un ağır zərbə alacağı gözlənilir. Çünki son olaraq PepsiCo və Wal-Mart kimi şirkətlər də reklamlarını dayandırdıqlarını açıqladılar!

    YouTube-un reklam videolarını nifrət dolu video məzmunlarda göstərməsi, şirkəti böyük bir problemin içinə atdı. Böyük reklamverən firmalar bir-birinin ardınca reklamlarını YouTube-dan çəkdiklərini açıqlamağa başladılar.
    Son olaraq da GM, PepsiCo, Starbucks, FX Networks və Wal-Mart kimi nəhəng şirkətlər də yaşanan hadisələrdən sonra artıq YouTube üzərində reklamlarının göstərilməsini istəmədiklərini bildirdi.
    PepsiComətbuat katibi tərəfindən edilən açıqlamada, "YouTube-un video filtrləmə sistemində yaşanan problemi böyük bir təəssüflə izlədik və ciddi mənada məyus olduğumuzu deyə bilərik. Bizim kimi bir markanın adının bu tip videolarla birlikdə xatırlanması mümkün belə deyil.” cümlələrini işlədildi və reklamlarının YouTube-da artıq yer almayacağı vurğulandı.
    Eynilə Starbucks, GM və FX Networks mətbuat katibləri də bənzər açıqlamalarla birlikdə YouTube-dan reklamlarını çəkmək məcburiyyətində olduqlarını bildirdilər.
    YouTube-un sürətlə həll etdiyi video filtrləmə problemi təəssüf ki gözlədiyi təsiri yarada bilmədi. Görünüşə görə bu qalmaqal böyüməyə davam edəcək.
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər