YouTube-da 30 saniyəlik reklam videolarına son
Sosial Media
07.05.2017
Farid Pardashunas
"Google” şirkəti xəbər verib ki, 2018-ci ildə YouTube videoservisi, 30 saniyəlik reklam videolardan azad olacaq.
Qeyd etmək lazımdır ki, həmin
reklam videoların işə düşməsi zaman 5 saniyə gözləmək lazım gəlir. Ondan öncə
reklam videolarından əsas videoya keçid etmək olmur. Şirkət rəsmisi bildirib
ki, "Google” daha çox kommersiya formatında diqqətini cəmləyəcək. Kommersiya
formatı isə bir çox reklam verənlər və izləyicilər üçün daha maraqlıdır. "Biz,
ümumdünya internet istifadəçilərinə reklam videolarının daha yaxşı dəstəyini
reallaşdırmaq üçün çalışırıq. Bu fikir çərçivəsində artıq 2018-ci ildən
başlayaraq biz 30 saniyəlik reklam videolarına son verəcəyik. Bunun yerinə biz
həm istifadəçilər, həmdə reklam verənlər üçün əlverişli olacaq formata keçid edəcəyik”
– deyə şirkət bildirib. Bu cür xəbərin müsbət qarşılanmasına baxmayaraq bu o
demək deyil ki, şirkət bu cür reklamların hamısından imtina edəcək. Belə ki,
15-20 saniyəlik reklam videoları olduqları kimi qalacaqlar.
Linki kopyala
Həftənin xəbərləri
Apple Vision Pro ilə əməliyyat həyata keçirildi?!
Ən ağıllı çat-bot IQ testində insanı geridə qoyub