YouTube-dakı videolara görə nüfuzlu universitetdəki təhsilini dayandırdı

510

Amerikalı Billy Willson nüfuzlu Kanzas Universitetindəki təhsilinə son qoyub.

O, təhsilini YouTube-a görə dayandırıb. Əsas izah kimi isə "hər şeyi YouTube-dan da öyrənmək olar” - deyə o qeyd edib. Willson, oxuduğu memarlıq mühəndisliyi üzrə birinci semestri yüksək orta balla bitirmişdi. Müsahibəsində o qeyd edib ki, həmişə sahibkar olmaq istəyib və universiteti bitirdikdən sonra bir müddət çalışmaq, daha sonra isə öz şirkətini yaratmaq arzusunda olub. Universitet təhsilini dayandırmaq fikri ona, yaradacağı şirkətin yaxşı gəliri, onun 35 yaşı olanda gətirəcəyini fikirləşəndə gəlib. "Technote.az”ın "Lenta.ru”a istinadən verdiyi xəbərə əsasən Willson həmçinin onu qeyd da edib ki, bu qərarı verməsində əsas rolu YouTube-da olan videolar da oynayıb. Belə ki, YouTube-da, internet vasitəsilə az miqdarda vəsait sayəsində necə uğurlu biznes qurma videoları Willsonun diqqətini cəlb edib. Həmdə o, universitetdə təhsilini boş zaman itkisi hesab edir. Yarım il ərzində Willson həmin videolardan faydalı məsləhətlər alaraq özünün geyim, aksessuar və elektron musiqi satışı ilə məşğul olan startapını yaradıb.