YouTube-dan istifadəçiləri sevindirəcək yenilik: Uptime!
Sosial Media
07.05.2017
Farid Pardashunas
İzlədiyiniz videoları dostlarınıza da izlətmək üçün hər yerdə paylaşmaqdan sıxılmısınızsa, YouTube-un sizə yeni bir təklifi var: Uptime!
Bundan
bir neçə il əvvələ qədər YouTube videoları, bir neçə dostun eyni evdə
toplaşdığı günlərdə ən böyük əyləncələrdən birinə çevrilmişdi. Hərkəs öz bəyəndiyi
videonu dostlarına izlətməyə çalışırdı. Daha sonra keçən zamanda bu iş inkişaf
etdi və videoların sosial şəbəkələrdə paylaşılmasına doğru istiqamətləndi.
Uptime nədir, nə işə yarayır?
İndi
də YouTube-un yeni bir fikri var və adı da Uptime-dır. Dünən iOS cihazlar üçün
aktiv hala gələn tətbiq vasitəsilə dostlarınızla eyni otaqdaymış kimi videolar
izləyə bilirsiniz.
Tətbiqin
içərisində istifadəçilərin bir birləri ilə mesajlaşa bilmək və təbii ki
videolara reaksiya göstərə bilmək şansları var. Onsuzda tətbiqi yüklədiyiniz
anda YouTube videolarını izləməyinizə yarayan fərqli bir tətbiq olduğunu başa
düşəcəksiniz.
Tətbiqdə
hazırda sadəcə seçilmiş videolar yer alır və axtarış qutusunu istifadə edərək
ya da birbaşa olaraq video növü seçərək istədiyiniz videolara baxa bilirsiniz.
YouTube üzərindən bir videonu axtardığınızda birbaşa olaraq Uptime ilə paylaşa
bilir və dostlarınızla izləyə bilirsiniz. Videonu izləməyə başladığınız zaman
da ekranda sizin profil şəkliniz kiçik formada süzülməyə başlayır. Verdiyiniz
reaksiyaları bu süzülən profil şəklinin üstündə görə bilirsiniz.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək