main-post-cover

    YouTube Dizaynını Dəyişdi!

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas

    Uzun müddətdir gündəmdə olan və May ayında təqdim edilən YouTube-un material dizaynı yavaş-yavaş istifadəçilər tərəfindən görülməyə başladı. YouTube bu dizaynla yeni bir simaya bürünür.

    YouTube dizaynı bir dəfə daha dəyişdi. Uzun müddətdir YouTube-un masaüstü tətbiqində eyni dizaynda qalmasına səy göstərən "Google”, May ayında elan etdiyi yeni material dizayna keçməyə başladı.
    Keçməyə başladı deyirik, çünki hələ bu yenilənməni almamış ola bilərsiniz. "Technote.az" "Shiftdelete"ə istinadən bildirir ki, uzun müddətdir beta versiyada olan yeni dizayn, istifadəçilərə mərhələli olaraq təqdim edilir.
    Eynilə mobil tətbiqindəki kimi bölmələri olan YouTube, bu halı ilə olduqca gözəl görünür. Görünüş olaraq gözəl olması əlbəttə kifayət deyil. Bugünə qədər masaüstü versiyasında sol menyu əksik görünürdü. İndi isə daha dolu və özəlləşdirməyə açıq bir hala gəlir. Bu bölgəni istifadə edərək gələcəkdə özümüzə aid, çox daha istifadəyə yararlı bir YouTube səhifəsi yarada bilərik. Bundan əlavə kanal səhifələrində bir çox yeniliklər mövcuddur. Bunlar həqiqətən çox sadə amma gözə xoş gələn yeniliklərdir. Kanal səhifələrindəki siyahılar genişlədilmiş və çox daha sadə bir hala gətirilmişdir. Aşağıdakı şəkilə baxaraq nə demək istədiyimizi anlaya bilərsiniz.
    Kanal loqosunun ön plana çıxması və kanal üçün seçilən rəngin son dərəcə gözə xoş gələn bir formada istifadə edilməsi, yeni dizaynın müsbət cəhətlərindəndir. Mobil dizayna çox yaxın olan bu dizayn YouTube-un simasını bir xeyli dəyişdirir.
    Yeni material dizaynın bütün istifadəçilərə tam olaraq nə vaxt açılacağı isə hələki məlum deyil. İrəlidəki günlərdə, "Google”un bu yeniliklər üçün daha ətraflı bir açıqlamasının olacağını gözləyirik.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər