main-post-cover

    "Youtube" hacker kanallarını dəstəkləyir?

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Youtube bir çoxlarımızın sevərək istifadə etdiyi video platformalardan biridir. Amma yaxın zamanlarda verilən məlumat Youtube haqda bəzi mənfi fikirlərin ortaya çıxmasına səbəb olub.

    Verilən məlumata görə Youtube hackerlər üçün öyrədici videolar yayımlanmasına şərait yaradır. İddialara görə Youtube kiber təhlükəsizlik məsələlərində bir qədər təhlükəli xarakter daşımağa başlayıb. Təhlükəsizlik şirkəti Proofpoint-in verdiyi məlumata görə Youtube-da hackerlər üçün bir çox sənədlər yer almaqdadır.
    Proofpoint, Youtube-da hackerlər üçün öyrədici videoların olduğunu və bu videolar sayəsində şəxsi məlumatların necə ələ keçirildiyinin göstərilirdiyi bildirilir.
    Həmçinin şirkət bildirib ki, Youtube vasitəsilə bəzi şəxsi məlumatların da necə satıldığı da öz əksini tapmaqdadır. Hackingi öyrədən belə videoların açıqlama qismində fərqli saytlara yönləndirən linklər də yer almaqdadır.

     
    Burda digər maraqlı məqam isə Youtube-un belə kanallara müdaxilə etmək istəməməsidir. Çünki adi halda müəyyən bir videoda yer alan arxa plan musiqisi müəllif hüquqlarının pozulması əsas gətirilərək silindiyi halda hacker yetişdirən belə kanallara heç bir müdaxilə edilməməsi şübhəlidir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər