main-post-cover

    Youtube HDR dönəminə keçir!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    15 Fevral 2005’də qurulan Youtube, dünyanın ən populyar video sosial şəbəkəsinə çevrilməyi bacardı. Gün ərzində milyonlarla insanın iş və əyləncə məqsədli istifadə etdiyi Youtube, istifadəçilərə təqdim etdiyi xidmət və keyfiyyəti yüksəltmək üçün yeni bir mərhələyə addım atır. Belə ki, artıq bundan sonra Youtube istifadə edəcəyi HDR sistemi ilə istifadəçilərə daha yüksək keyfiyyətli rəngli və detallı videolar təqdim edəcək. Firmanın maliyyə müdürü Robert Kyncl bildirib ki, bundan sonra şirkət yeni videolar ilə daha da həyəcanlı proses təqdim edəcək. Kyncl, CES 2016 tədbirindəki açıqlamalarında qeyd etdi ki, artıq sosial şəbəkədə HDR (High Dynamic Range) videolar da dəstəklənəcək.
    Kyncl’in bu açıqlamaları ilə Youtube’un HDR dönəminə keçdiyi açıqlanarkən, Amazon və Netflix kimi kontent hazırlayan web saytlar da HDR’ı istifadə etməyə başlayacaqlarını elan etdilər. Digər tərəfdən Sony, LG, Panasonic, Samsung kimi şirkətlər də məhsullarında HDR formatını istifadə edəcəklərini vurğulayıblar. Amma HDR videoları izləyə bilmək üçün onu dəstəkləyən cihaza sahib olmaq lazımdır.

    Linki kopyala