Youtube HDR videoları dəstəkləyəcək

63

"Google”, YouTube-da uzun zamandan bəri gözlənilən dəyişikliyi edib. Artıq YouTube-da HDR videolara baxmaq mümkün olacaq.

Video paylaşım xidməti YouTube bir müddətdir 4K video dəstəyi üzərində işlər aparırdı. Amma müəyyən səbəblərdən ortaya çıxan problemlər işin gedişini geçikdirirdi. Artıq istifadəçilər bu yenilikdən istifadə edə biləcəklər. Şirkət rəsmi olaraq bu haqda açıqlama verib. Məşhur YouTube səhifələri artıq yeni formatda öz videolarını yükləməyə başlayıblar.

"Google”, "MysteryGuitarMan”, "Jacob and Katie Schwarz”"Abandon Visuals” kimi məşhur Youtuberlərlə bu mövzuda görüşlər təşkil edirdilər.

HDR format görüntüdəki piksellərin kontrast faizi xüsusi bir alqoritma ilə dəyişdirilərək əldə edilir. Beləcə fərqli rənglər və detallar daha dərin və təsirli görünə bilirlər.

YouTube-da ilk HDR videolarından birini izləyə bilərsiniz.