YouTube, məşhur videoblogger PewDiePie-dan imtina etdi
Sosial Media
07.05.2017
Farid Pardashunas
PewDiePie daha bir qalmaqal ilə üz-üzə qaldı.
Bir neçə gün bundan öncə biz xəbər
vermişdik ki, məşhur PewDiePie YouTube kanalının müəllifi Felix Kjellberg-inantisemit (Yəhudi millətinə qarşı düşmənçilik) fikirlərinə görə "Disney” şirkəti
onunlar olan müqaviləni ləğv etmişdi. İndi isə növbə YouTube-un özünə çatdı.
Belə ki, məlumata əsasən YouTube administrasiyası, ödənişli servis YouTube Red-ə
təqdim olunması planlaşdırılan Scare PewDiePie verlişinin ikinci sezonundan
imtina edib. Bu azmış kimi, servisin administrasiyası onun kanalını, Google
Preferred reklam proqramından çıxardıb. Onun kanalının reklam proqramından
çıxarılması isə o deməkdir ki, Felix bundan sonra reklam üzərindən pul qazana
bilməyəcək. Son aylar ərzində Felix aktiv şəkildə Scare PewDiePie verlişinin
ikinci sezonu üzərində çalışırdı. Qeyd etmək lazımdır ki, o, ən məşhur
videobloggerlərdən biri hesab olunaraq YouTube üzərindən milyonlarla pul
qazanırdı.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)