main-post-cover

    YouTube mobil telefonlar üçün çox lazımlı funksiya paylaşdı

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas

    Məşhur video paylaşım platforması olan YouTube, mobil tətbiqlərinə özəl olaraq yeni bir funksiya paylaşdı.

    Google-un sahibi olduğu YouTube, Çərşənbə günü paylaşdığı yeniləmə ilə iOSAndroid istifadəçiləri üçün videoları 10 saniyə geri və ya irəli yükləyə bilməklərinə imkan yaradan bir xüsusiyyət əlavə etdi. Bəs yeni xüsusiyyəti necə istifadə etmək lazımdır?
    Bu xüsusiyyəti istifadə etmək istəyirsinizsə, telefonunuzun sol və ya sağ tərəfinə iki dəfə yüngülcə toxunmağınız kifayətdir. Beləliklə videonu rahatlıqla 10 saniyə geri və ya irəli ala bilərsiniz.
    YouTube, keçdiyimiz günlərdə yayımlamış olduğu yenilənmə ilə mobil istifadəçilər, videoları rahatlıqla irəliyə və geriyə ala bilirlər.
    Mobil istifadəçilərinin üzünü güldürən bu yenilik, bəzən əsəb xəstəliyi halına gələn videonu irəli və geri çəkmək problemini ortadan qaldırdı.
    YouTube-un yeni xüsusiyyətinə sahib olmaq istəyirsinizsə, yenilənməni PlayStore və ya App Store-dan yükləyə bilərsiniz.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər