YouTube, ödənişli şərh funksiyasını işə saldı
Sosial Media
07.05.2017
Farid Pardashunas
YouTube videoservisi Super Chat funksiyasını təqdim etdi.
Sözügedən funksiya, canlı yayımlar zamanı əlavə vəsait ödəməklə
şərh yazmaq imkanını verir. YouTube-un verdiyi məlumata görə yeni funksiya,
istifadəçilər ilə məzmun tərtibatçıları arasındakı ünsiyyəti yeni səviyyəyə
çıxaracaq. İstənilən istifadəçi canlı yayım zamanı müəyyən miqdarda vəsait ödəməklə
həmin canlı yayıma şərh yaza biləcək. Şərh xüsusi rəng ilə işarələnəcək və 5
saata qədər olan canlı yayımın çat hissəsinin yuxarısında müəyyən müddət
qalacaq. YouTube komandasının fikrincə beləliklə istifadəçilər, canlı yayım aparanın diqqətini
cəlb edə biləcəklər. Sözügedən funksiya hələki 12 ölkədə təqdim edilmişdir.
Bu ölkələr Avstraliya, Braziliya, Kanada, Fransa, Almaniya,
Hindistan, Yaponiya, Meksika, Cənubi Koreya, İspaniya, İngiltərə və ABŞ-dır. Şərhin
qiyməti onun uzunluğundan, çalarından, şərhlər arasında qalma müddətindən və həmin
şərhin hansı ölkədən yazıldığından asılı olacaq. Deməli, şərhin 5 saat ərzində
top siyahıda qalması 500$-a başa gələcək. Dolların, valyuta sahəsindəki qiymətini
nəzərə alaraq söyləmək olar ki, bu cür şərhlər Avropa sakinlərinə baha başa gələcək. Qeyd olunub
ki, ödənilən pul geri qaytarılmayacaq. Həmçinin Super Chat-da standart qaydalar
tətbiq olunacaq. Yəni ödənişli olmasına baxmayaraq ədəbsiz və təhqiredici şərhlər
pozulacaq. 31 Yanvar tarixində yeni funksiyanın aktiv olacağı ölkələrin saı 20-ə
çatacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)