main-post-cover

    YouTube, Şimali Koreyaya aid kanala qadağa qoydu

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Hər zaman qəribə qadağaları ilə seçilən Şimali Koreya bu dəfə özü bu qadağalardan birinin qurbanı oldu.

    Dünyadan təcrid olunmuş Şimali Koreya bu dəfə özü qadağanın qurbanı oldu. Belə ki, YouTube, Şimali Koreyaya aid kanalı blok etdi. Washington Post-un verdiyi məlumata görə bu qadağanın əsas səbəbi Şimali Koreyaya aid bu kanalının təxribat xarakterli olmasıdır. Saytda yer alan xəbərə görə bunun səbəbi YouTube-un Şimali Koreyaya pul ödəməkdən imtina etməsidir. Hərçənd ki, kanalın izlənmə sayılarına baxdıqda kanalın qazandığı pulların o qədər də yüksək olmadığını anlaya bilirsiniz.

    Koreyanın mərkəzi televiziya kanalının səhifəsində paylaşılan mesajda, kanalın bağlanma səbəbi olaraq "Bu hesab YouTube-un İstifadə Qaydaların qarşı gəldiyi üçün bloklanıb” açıqlaması paylaşılıb. YouTube-u belə qərar qəbul etməsinə təsir edən amillərdən biri də sözü gedən kanalın yanvar ayında hidrogen bombası test edildiyinə dair görüntülərin yayımlanması oldu. Çünki kanal şiddət görüntülərinin yer aldığı görüntüləri yayımına icazə vermir. Şimali Koreyanın təxribat xarakterli kanalı isə bu qadağanı gözardı etdiyi üçün blok edildi.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər