main-post-cover

    YouTubedan YouTuber-lərə zərbə!

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas

    Son illərdə internetin bütün dünyada sürətlə yayılması nəticəsində, bir çox istifadəçi gündəmi TV yerinə YouTube, Facebook, Twitter kimi sosial media saytları üzərindən izləməyə başladı. "YouTube"un istifadəçi sayının yüzlərlə milyonu ötməsi və Google tərəfindən satın alınması ilə birlikdə sanki yeni bir peşə ortaya çıxaran sistem, həyatımıza "YouTuber" deyə bir anlayış saldı. 

    İlk başlarda gamerlərin çəkdiyi oyun videoları ilə başlayan bu axın, zaman içərisində oyunçular tərəfindən sıx maraq görərək, böyük texnologiya firmalarının da diqqətini çəkdi. Çox izlənilən kanallara sponsor olan təchizat firmaları, edilən böyük ödənişlər ilə "YouTuber" peşəsinin də doğulmasına səbəb oldu. 
    Ancaq ötən gün ortaya çıxan yeni xəbərlərə baxılarsa YouTube, YouTuberlərin işini bir xeyli çətinliyə salacaq bir addım atmağa hazırlaşır. Bundan sonra YouTuberlər, YouTube üzərində cinsi zarafat belə edə bilməyəcəklər, hər hansı bir şəkildə cinsəlliyi önə çıxaran, şiddət məzmunlu videolar paylaşa bilməyəcəklər, hətta və hətta təhqir belə edə bilməyəcəklər. YouTube bu tip paylaşım edən videoların reklam gəlirini bağlama, silmə və hətta kanalı belə bağlama haqqına sahib olacaq. Bir çox məşhur YouTuberin işini bir xeyli çətinə salacaq kimi görünən bu qərar, YouTubeda ağıza alınmayacaq söyüşlər ilə çox ciddi izləyici kütləsinə çatan kanalların təmizlənməsi baxımından müsbət bir inkişaf ola bilər. Ancaq yenə də, internet kimi azad bir mühitdə senzura tətbiq olunması, heç xoş qarşılanmayacaq  kimi görünür

    Müəllif - Polad Tağıoğlu 


    Linki kopyala