drzeka zeka kartları

YouTuber PewDiePie kanalını niyə silmədiyini açıqlandı (Video)

08.05.2017 0 PAYLAŞIM 5698 OXUNMA
TECHNOTE @technote TECHNOTE logo icon

PewDiePie kanalının sahibi 50 milyon abonəsinə aid kanalını niyə silmədiyini açıqlayıb.

Xatırladaq ki, YuTuber bir müddət əvvəl video yayımlamış və 50 milyon abonəçiyə çatdıqda kanalını siləcəyini bildirmişdi. Amma hər kəs maraqlı PewDiePie kanalının silinməsini gözlərkən YouTuber sözünü tutmayaraq digər özünə məxsus olan kanalı silmişdi.

YouTuberin bunun səbəbini açıqlamaq üçün yeni 50 MILLION adlı növbəti videosunu yayımlayıb. Xatırladaq ki, ilk videosunda YouTuber onun abunə saylarına nisbətdə izlənmə sayının azaldığını, buna səbəb isə yeni videoalar haqda bildirişlərin abunələrə çatdırılması və eyni zamanda hesabların silinməsinə etiraz olaraq göstərmişdi. Kanalın böyüdükcə əksinə izlənmələrin ciddi rəqəm fərqi ilə azalması YouTuberi belə addım atmağa məcbur etmişdi.

Bu videosunda isə YouTuber açıqlama edərək müsbət işlər gördüyü təqdirdə medianın bunu işıqlandırmadığını, əksinə mənasız boş sensasiya sayılacaq mövzulara üstünlük verdiyini bildirdi. Buna görə də belə bir işə imza atdığını bildirdi. Əslində bu mövzuda haqsız da sayılmaz. Çünki, insanların çoxluğunun belə qeyri-ciddi şeylərə üstünlük verməsi bütün mediaya məlumdur.


 

Bunu öz kanalı üçün sınaqdan keçirən YouTuber uğurlu nəticə əldə edərək abunə sayını 50 milyona çatdırmağa bacardı.



<