Yuxudaykən yuxunu idarə etmə: Lucid dreaming

562

Lucid Dreaming adı ilə tanınan yuxu hadisəsi yəqinki hər kəsin heç olmasa bir dəfə qarşılaşdığı təcrübədir. Lucid Dreaming-in İngilscədən mənası aydın, anlaşılan yuxu deməkdir. Bu yuxu hadisəsi əslində çox da pis sayılmaz. Bu hadisənin əsas maraqlı tərəfi siz yuxuda olduğunuzu anlayırsınız və onu idarə etməyə çalışırsınız. Bunu bacara bilmək heç də pis deyil, hətta əyləncəli də ola bilər. Bu hadisə ilə əsasən yuxunun ortasında oyanıb yenidən yuxuya getdikdə qarşılaşmaq olur. Elmi cəhətdən ilk dəfə Frederik Van tərəfindən açıqlanıb.

Lucid dreaming

Amma burda diqqət edilməsi lazım olan məqamlar da var. Unutmayın ki, bu astral səyahət deyil və yuxunu idarə edirəm deyə fikirləşib əslində bir qədər ürəyinizi sıxacaq vəziyyətlərlə də qarşılaşa bilərsiniz. Buna səbəb isə şüuraltınızın da yatmamasıdır. Yəni əslində hər şey bir növ sizin idarənizdə, amma eyni zamanda da sizdən asılı deyil. Çox çətin beyin quruluşumumuz var. Çox zaman hətta belə hallarda bizi çox maraqlandıran, bizi narahat edən hadisə və insanlar haqda məlumat almağa çalışırıq. Amma yenə də siz çox dərinə getməyin))

Lucis dreaming