Yuxusuzluqdan əziyyət çəkənlər üçün videoplatforma-Napflix
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
İspaniyada çox maraqlı ideya ortaya atılıb. İdeya yuxusuzluqdan əziyyət çəkən insanlara kömək məqsədilə hazırlanmış videoplatformadır.
Bir
çox insan yuxusuzluqdan ciddi mənada əziyyət çəkir və bir çoxlarımız televiziya izlərkən yuxuya gedirik. Bunu nəzərə alan ispaniyalı Françis Bonet de Tena insanların daha asanlıqla yatmaqları üçün maraqsız
mövzuları özündə əks etdirən videoplatforma yaratmaq niyyətində olduğunu
bildirib.
Onun
sözlərinə görə yuxusuzluğun əsas səbəbi insanın beyninin uzun zaman fəaliyyətdə
olması ilə əlaqəlidir. Napflix adlı bu videoplatformada
insanlar asanlıqla rahat yata bilmək üçün videolar izləyə biləcəklər.
Napflix-in
mövzu seçimi də çox maraqlıdır. Belə ki, siz universitetdə qəliz bir mövzunu
izah edən müəllimin mühazirəsinə və ya yağışda gedən maşınları əks etdirən
videolara baxa bilərsiniz. Napflix-in qurucusu belə mövzuları tapmağın o qədər
də çətin olmadığını bildirir. Bunun üçün onlar YouTube-un mövcud resurslarından
istifadə etməyi planlayırlar.
Yuxusuzluğun
ən pis halını yaşayanlar isə 4 saat davam edən Chennai şahmat turnirini izləyə
bilərlər. Bundan əlavə sobada alovun yanması, yanan şam, yağışın yağması kimi
videolar da insanların beynini sakitləşdirir, artıq düşüncələrdən azad edir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)